DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı


  • 18:49

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər