- 23:34
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılıb.
Bu barədə e-huquq.az-a Daxilli İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yanvarın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.