Bakıda mənzildə köməksiz qalan uşaq xilas edildi


  • 16 Yanvar 23:59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Oxşar xəbərlər