Polis 9 avtomat silahı, 20 tüfəng aşkar etdi


  • 09:50

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər