Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB


  • 09:50

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

***

08:42

Yerli vaxtla saat 07:56-da Şamaxı rayonunda 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Pirqulu stansiyasından 12 km cənubda, 4 km dərinlikdə baş verib.

Zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

Oxşar xəbərlər