- 16:06
Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.
E-huquq.az xəbər verir ki, yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.
Hadisə zamanı yanıq xəsarəti alan İlqar Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.
Qeyd edək ki, yanğının elektrik qızdırıcısının aşması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: APA