Bakıda yanğın oldu, 1 nəfər tüstüdən zəhərləndi


  • 17:00

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər