Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürdü


  • 20:05

Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü Şirxan Rəşid oğlu İmanovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər