Bakıda iki kişi dəm qazından zəhərlənərək ölüb


  • 09:32

Bakıda iki kişi dəm qazından zəhərlənib.

E-huquq.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

2006-cı il təvəllüdlü Rzayev Fərəc Nazim oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25, ünvanının hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər