Neftçalada avtoqəza oldu, ölən və xəsarət alanlar var


  • 17:18

Neftçalada baş verən avtoqəzada bir ailənin dörd üzvündən biri ölüb, digərləri isə xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1982-ci il təvəllüdlü Ələkbərov Sabir Cabbar oğlu, onun həyat yoldaşı - 1990-cı il təvəllüdlü Ələkbərova Nuranə Sübhan qızı, övladları - 2011-ci təvəllüdlü Ələkbərov Murad Sabir oğlu və 2009-cu təvəllüdlü Ələkbərov Samir Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

M.Ələkbərov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Digər üç nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report

Oxşar xəbərlər