Lənkəranda avtobusun altında qalan kişi xilas edildi - VİDEO


  • 17:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin oğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas edilib.

Oxşar xəbərlər