Salyanda zəncirvari yol qəzası oldu, yeddi nəfər xəsarət aldı


  • 24 Yanvar 23:28

Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan dörd nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər