Şəmkirdə yol qəzası olub, ölən və xəsarət alan var


  • 10:14

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2110"un sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər