- 15:44
Qəbələ rayon sakini, 46 yaşlı Bəhruz Baxşəliyev kirayə qaldığı evdə ölü vəziyyətdə tapılıb.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Zarağan qəsəbəsi ərazisindəki hərbi şəhərcikdə baş verib.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib. İlkin müayinələr zamanı meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.