- 09:08
Sumqayıtda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.
E-huquq.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.