- 15:54
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə e-huquq.az-a nazlikdən məlumat verilib.
Məlumata görə, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.