Zaqatalada mehmanxanada yanğın oldu: 17 nəfər təxliyə edildi - YENİLƏNDİ


  • 1 Fevral 14:02

Zaqatala şəhərində beşmərtəbəli mehmanxanada yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 3750 m² (hər mərtəbəsi 750 m²) olan beşmərtəbəli mehmanxana binasının zirzəmisində sahəsi 250 m² olan saunanın lambirdən ibarət tavanı 150 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənib. Mehmanxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09:28

Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər