Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlandı


  • 10:01

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər