Şəkidə Səhiyyə Nazirliyinin balansında olan tikilidə yanğın oldu


  • 11:02

Şəkidə Səhiyyə Nazirliyinin balansında olan tikilidə yanğın olub.

E-huquq.az xəbər verir ki, Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində köməkçi tikilidə yanğın baş verib.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənərək digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində tikilinin içərisində olan məişət tullantıları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər