Kürdəmirdə yol qəzası oldu, piyada yaralandı


  • 12:02

Kürdəmirdə yol qəzası olub, piyada xəsarət alıb.

E-huquq.az xəbər verir ki, rayonunun Qağacılı kənd sakini, 1970-ci il təvəllüdlü Ədalət Adil oğlu Həmidovun idarə etdiyi "Toyota" markalı avtomobillə Şilyan kənd sakini, 1988-ci il təvəllüdlü Rəşadət Vidadi oğlu Məmmədovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub.

Toqquşmadan sonra "VAZ-21099" markalı avtomobil piyada, rayonun Şahsevən kənd sakini, 1964-cü il təvəllüdlü Fəzilə Həkimağa qızı Səlimovanı vurub. Ağır xəsarət alan F. Səlimova paytaxt xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Mənbə: APA

Oxşar xəbərlər