Qaxda avtomobilin vurduğu 79 yaşlı kişi öldü


  • 1 Fevral 23:32

Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini - 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.

79 yaşlı A. Əliyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 1 Fevral 18:29
Ağdamda ev yandı