Bakı-Quba magistralında ağır qəza oldu, bacı və qardaşı öldü


  • 00:44

Bakı–Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə baş verib.

Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı, 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır

Oxşar xəbərlər

  • 1 Fevral 18:29
Ağdamda ev yandı