- 08:47
Gəncədə 24 yaşlı oğlanın öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə e-huquq.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, gevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.