- 10:10
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 37 yaşlı Heydər Quliyev saxlanılıb.
E-huquq.az xəbər verir ki, həmin şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, H. Quliyev narkotikləri satmaq məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.