Mingəçevirdə ana və üç azyaşlı övladı dəm qazından zəhərləndi


  • 10:10

Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib.

E-huquq.az xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Oxşar xəbərlər