Ayağı velosipedin pedalına sıxılı qalan 3 yaşlı uşaq belə xilas edildi - VİDEO


  • 11:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-dən e-huquq.az-a bildirilib ki, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

Oxşar xəbərlər