Məzmuna keç

Ötən gün 504 ədəd müxtəlif çaplı patron aşkar edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.