Zavodda bədbəxt hadisə - 3 nəfər qazdan zəhərləndi


  • 13:45

Türkiyənin Amasya şəhərinidə bioqaz zavodunda bədbəxt hadisə baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Amasyanın Suluova rayonunda yerləşən bioqaz zavodunda 3 nəfər metan qazından zəhərlənib.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilib.

Zərər çəkən 3 nəfər təxliyə edilərək xəstəxanaya aparılıb.

Amasya valisi Öndər Bakan da hadisə yerinə gedib.

O, jurnalistlərə açıqlamasında zavoddakı zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başladıldığını bildirib.

Yusif Şükürov

Oxşar xəbərlər