Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanıldı


  • 14 Fevral 22:08

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.

E-huquq.az-ın xəbərinə görə, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər