- 14 Fevral 23:34
Bakının Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
FHN qüvvələrinin müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 128kv.m. olan üçotaqlı mənzilin mətbəxində 3p.m. mətbəx mebeli və məişət əşayaları yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.