Moskvada azərbaycanlı ər-arvad intihar edib - YENİLƏNİB


  • 17 Fevral 17:45

Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.

E-huquq.az xəbər verir ki, meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir.

Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.

Mərhumun nəşi bu gecə doğulduğu Ucar rayonuna gətiriləcək.

Mənbə: APA

***

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı cütlük faciəvi şəkildə həyatına son verib.

E-huquq.az MK-ya istinadən xəbər verir ki, hadisə Salaryevo Park yaşayış kompleksində qeydə alınıb.

Belə ki, bir kişi və bir qadının cəsədi binanın yaxınlığında tapılıb. İlkin ekspertiza onların xəsarətlərinin intihardan qaynaqlandığını göstərib.

Faciə zamanı cütlüyün 5 yaşlı uşağı mənzildə olub.

Hazırda uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onun təhlükəsizliyi təmin edilib.

Oxşar xəbərlər