- 17:45
Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.
E-huquq.az xəbər verir ki, uçquna güclü qar və yağışların səbəb olduğu bildirilir.
Nəticədə Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları tökülüb. Əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Qaya parçaları dağıdılaraq ərazidən yığışdırılıb, yolda hərəkət bərpa olunub.
Mənbə: APA