- 17:45
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, qəza zamanı 1961-ci il təvəllüdlü Allahyar Ramazanov, 1987-ci il təvəllüdlü Zabit Verdiyev və 1986-cı il təvəllüdlü Samirə Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin yardım göstərilib, vəziyyətləri kafidir.
Hadisənin səbəbləri araşdırılır.