Ağcabədi rayonunda yanğın baş verib.
E-huquq.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Təzəkənd kəndində qeydə alınıb.
Yanğın zamanı ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 70 m² olan qamışdan ibarət köməkçi tiklili və 80 m² sahədə qamışlıq yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
