Biləsuvarda avtomobil kollektora aşdı - Ölən var


  • 09:22

Biləsuvarda yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.

İlkin məlumata görə, sürücüsü 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər