Ağcabədidə suvarma kanalında bir nəfər batdı - VİDEO


  • 18:07

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər