Xırdalanda marketdən çanta oğurlayan 61 yaşlı şəxs saxlanıldı


  • 15:44

Abşeron rayonunda talama cinayəti baş verib.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin içərisində nağd pul, bank kartı və şəxsi sənədləri olan çantasını oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 61 yaşlı N.Qulamov saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetmanin də aşkarlanıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər