- 15:44
Sutka ərzində 50-dən çox cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iyulun 31-də polis əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlər nəticəsində 45-i isti izlərlə olmaqla, ümumilikdə 56 cinayət hadisəsinin qarşısı alınıb və açılması təmin edilib.
Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.