İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı


  • 20:15

Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb.

E-huquq.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin çalışdığı mağazadan hissə-hissə oğurladığı məhsulları satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər