Abşeronda 54 yaşlı kişi arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb


  • 16:20

Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.

E-huquq.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov 1978-ci il təvəllüdlü arvadı Günəş İbrahimovaya bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Oxşar xəbərlər