- 10:03
Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
17:38
09.08.2026-cı il tarixində saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.
Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.
***
16:33
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, yanğın Orxan İsmayılov küçəsində, yerləşən yanacaq çənində baş verib.
.