Samuxda Kürdə bir nəfər batdı - YENİLƏNDİ


  • 9 Avqust 20:16

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

17:23

Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.

E-huquq.az xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər