Lənkəranda itkin kimi axtarılan iki nəfərin meşədə meyiti tapılıb


  • 17:38

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.

Oxşar xəbərlər