- 00:27
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R. Həsənov bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 44 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin başvermə səbəbləri və digər hallar polis əməkdaşları tərəfindən araşdırılır.
Mənbə: APA