Çexiyada meşədə tapılan paslı bir qutunun içindən sərvət çıxıb


  • 14:23

Çexiyanın Trutnov bölgəsində meşədə gəzintiyə çıxan iki dost gözlənilməz tapıntı ilə qarşılaşıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Zvicina təpəsi yaxınlığında gəzintiyə çıxan şəxslər köhnə daş divarın dibində iki paslı qutu aşkar ediblər.

Təbiət həvəskarları qutuları açdıqda içərisindən yüzlərlə qədim qızıl sikkə və müxtəlif tarixi əşyalar çıxıb. Tapıntı onları təəccübləndirib və dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hadisə yerinə gələn arxeoloqlar və mütəxəssislər xəzinə ilə bağlı araşdırmalara başlayıblar. İlkin qiymətləndirmələrə əsasən, ümumi çəkisi təxminən 7 kiloqram olan tapıntıların dəyəri 330 min dollar olaraq hesablanıb.

Xəzinənin içərisində qızıl sikkələrlə yanaşı, tütün qutuları, naxışlı qolbaqlar və kosmetika qabları kimi şəxsi əşyalar da aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu əşyalar keçmiş dövrlərdə yaşayan bir şəxsə məxsus olub.

Tarixçilər ehtimal edirlər ki, xəzinənin sahibi onu böyük bir böhran və ya müharibə dövründə təhlükəsiz saxlamaq məqsədilə torpağa basdırıb.

Hazırda arxeoloqlar tapıntıların mənşəyini və dəqiq tarixini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.

Humay Eminqızı

Oxşar xəbərlər