Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb oldu


  • 22:54

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Mingəçevir-Atan qəsəbəsi yolunun Yevlax rayonu Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Naz Lifan" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb, beş nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər