Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi


  • 12 Avqust 23:53

Şəmkirdə qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakini 1978-ci il təvəllüdlü Ə. Məmmədov aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1971-ci il təvəllüdlü Q. Məmmədov tərəfindən bıçaqlanıb və o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər