- 21:55
Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 42 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.