- 21:55
Tovuzda selin gəlməsi nəticəsində çayda qalan iki nəfər xilas edilib.
E-huquq.az xəbər verir ki, Zəyəm çayının rayonun Şamlıq kəndi ərazisindən keçən hissəsinə yağış nəticəsində güclü sel gəlib. Nəticədə çayın ortasında olan iki şəxs kənara çıxa bilməyib.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.
Çayın ortasında köməksiz vəziyyətdə qalanlar - 1971-ci il təvəllüdlü Y.Hümbətov və 1984-cü il təvəllüdlü S.İbrahimov xilasedicilər tərəfindən sudan kənara çıxarılıb. Hər iki şəxs aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, bu gün yağan yağışdan sona Zəyəm çayına güclü sel gəlib.