Təhsil sektorunun müdiri qəflətən vəfat etdi


  • 22:00

Bərdədə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, N.İsmayılov bu gün qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, N.İsmayılov 2025-ci ilin oktyabrında Bərdə rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bundan əvvəl Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin direktoru və digər təhsil müəssisələrində müəllim və direktor vəzifələrində çalışıb.

Oxşar xəbərlər